Şamaxı təmsilçisi "Neftçi"nin yetirməsi olan qapıçı Nicat Qaragözlünü rənglərinə bağlayıb.

"Şamaxı" futbol klubu yeni mövsüm üçün heyətini formalaşdırmaq məqsədilə transfer çalışmalarını sürətləndirib. Bölgə təmsilçisi yerli bazara üstünlük verərək qapıçı xəttini gənc ulduzla gücləndirib.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Şamaxı təmsilçisi "Neftçi"nin yetirməsi olan qapıçı Nicat Qaragözlünü rənglərinə bağlayıb. 20 yaşlı qolkiperlə 2 illik müqavilə imzalanıb.

Nicat Qaragözlü ötən mövsümü "Neftçi-2"nin heyətində Əvəzedicilər Liqasında keçirsə də, mütəmadi olaraq paytaxt klubunun əsas komandası ilə məşqlərdə iştirak edib. Azərbaycanın U-19 millisinin də keçmiş üzvü olan gənc qapıçı, yeni mövsümdən etibarən Misli Premyer Liqasında "Şamaxı"nın uğurları üçün çalışacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest