"Dinamo"nun hücumçusu Matvey Ponomarenko "Qalatasaray"ın oyunçusu ola bilər.

Matc.az xəbər verir ki, bu barədə türkiyəli jurnalist və insayder Altun Terim məlumat yayıb.

Bildirilir ki, Ponomarenko şəxsi müqaviləsinin şərtlərini razılaşdırıb və maaş məsələsi tamamilə həll olunub. Klublar arasında danışıqlar isə davam edir.

İlkin olaraq "Dinamo" oyunçu üçün 30 milyon avro tələb edirdi və icarə variantını nəzərdən keçirməkdən qəti şəkildə imtina edirdi. Lakin ukraynalı futbolçunun özünün və agentinin təkidi, eyni zamanda "Qalatasaray"ın da səyləri sayəsində danışıqlarda irəliləyiş qeydə alınıb.

Hazırda tərəflər məcburi satınalma şərti ilə icarəni nəzərdə tutan müqaviləni müzakirə edirlər. Transferin ümumi məbləği təxminən 25 milyon avro təşkil edə bilər.

2025/26 mövsümündə Ponomarenko klub səviyyəsində keçirdiyi 31 matçda 24 qolla yadda qalıb. Matvey Luqansk "Zarya"sından Filip Budkivskini və "Kudrovka"dan Andrey Storçousu qabaqlayaraq Ukrayna Premyer Liqasının ən yaxşı bombardiri olub.

Ponomarenkonun klub ilə 2028-ci ilin sonuna qədər müqaviləsi var.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest