"San-Lorenso"nun və Paraqvay millisinin qapıçısı Orlando Hil karyerasını "Mançester Yunayted"də davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Manchester Evening News" nəşri məlumat yayıb.

Bildirilir ki, Hil 2026-cı ilin 2026-cı il dünya çempionatında özünü yaxşı tərəfdən göstərib və "Mançester Yunayted" "Lids"in qapıçısı Karl Darlounu transfer etməsinə baxmayaraq, onu əsas qapıçısı Senne Lammensə rəqib kimi nəzərdən keçirir.

Hilin "San-Lorenso" ilə müqaviləsində 5,2 milyon funt-sterlinq məbləğində sərbəstqalma bəndi var ki, bu da onun transferini bir çox klublar üçün əlçatan edir. Hilin "San-Lorenso" ilə müqaviləsi 2027-ci ilin dekabr ayının sonuna qədər qüvvədədir.

Qeyd edək ki, 26 yaşlı qapıçı Paraqvay millisinin heyətində ümumilikdə 11 matç keçirib və komandası ilə birlikdə 2026-cı ilin dünya çempionatında 1/16 final mərhələsində Almaniya yığmasını penaltilər seriyasında məğlub edərək böyük sensasiyaya imza atıb. Lakin Cənubi Amerika təmsilçisi növbəti 1/8 final mərhələsində Fransa millisinə 0:1 hesabı ilə uduzaraq dünya çempionatındakı mübarizəsini dayandırıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest