Lissabonun "Sportinq" klubunun və Danimarka millisinin dayaq yarımmüdafiəçisi Morten Yulmand "Atletiko" oyunçusu olub.

Matc.az xəbər verir ki, bu barədə Madrid klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, 27 yaşlı oyunçu ilə müqavilə 5 illik – 2031-ci ilin yayına qədər nəzərdə tutulub. Transfer məbləği açıqlanmır, lakin medianın məlumatına görə, söhbət 40 milyon avro və bonuslardan gedir.

Yulmand 2023-cü ilin yayından, portuqaliyalıların onun üçün "Leççe"yə 19,5 milyon avro ödədiyi vaxtdan bəri "Sportinq"də çıxış edirdi. Bu müddət ərzində danimarkalı "Sportinq"in heyətində bütün turnirlərdə 141 matç keçirib, 10 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.

Bundan əvvəl o, "Kopenhagen" və Avstriyanın "Admira Vakker" klublarında da oynayıb

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest