"Mançester Yunayted"in hücumameyilli yarımmüdafiəçisi Bruno Fernandeş komandasının növbəti üç oyununda iştirak edə biləcək, çünki İngiltərə Futbol Assosiasiyası (FA) İngiltərə çempionatının 6-cı turunda "Tottenhem"lə oyunda (0:3) aldığı qırmızı vərəqəni ləğv edib.

Matc.az xəbər verir ki, bu barədə məlumatı FA mətbuat xidməti "X" sosial şəbəkəsində paylaşıb.

İngiltərə Futbol Assosiasiyasının "qırmızı şeytanlar"ın portuqaliyalı yarımmüdafiəçinin ədalətsiz qırmızı vərəqə alması ilə bağlı şikayətini təmin etdiyi vurğulanır.

Xatırladaq ki, Fernandeş "Tottenhem"lə görüşün 42-ci dəqiqəsində London klubunun hücumameyilli yarımmüdafiəçisi Ceyms Maddisona qarşı kobud şəkildə qayda pozaraq birbaşa qırmızı vərəqə alıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest