Polşalı qapıçı Voyçex Şesni İspaniyanın "Barselona" klubunun futbolçusu olub.

Polşalı qapıçı Voyçex Şesni İspaniyanın "Barselona" klubunun futbolçusu olub.

Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Bildirlir ki, qolkiperin klubla müqaviləsi 2025-ci il iyunun 30-na kimi nəzərdə tutulub.

Xatırladaq ki, daha əvvəl 34 yaşlı Voyçex Şesni karyerasını başa vurduğunu açıqlasa da, "Barselona"nın marağı fonunda futbola qayıtmaq istədiyini bildirmişdi. Onun əvvəlki klubu 2017-ci ildən çıxış etdiyi İtaliyanın "Yuventus"u olub. O, "Yuventus"la üçqat İtaliya çempionudur (2017/2018, 2018/2019, 2019/2020).

Bundan əlavə, futbolçunun karyerasına İtaliyanın "Roma", İngiltərənin "Brentford" və "Arsenal" klubları daxildir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest