AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında Topaz Premyer Liqasının XXVII turu ilə bağlı qərarlar qəbul olunub. Matc.az saytının məlumatına görə, "Zirə" ilə oyunda sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alan "Keşlə"nin müdafiəçisi Denis Silva son turu buraxmalı olacaq.

Bu, eyni zamanda bakılıların 200 manatlıq cərimə olunmasına səbəb olub.

"Sumqayıt" – "Sabah" matçında "Sumqayıt"ın 5, "Sabah"ın 4 futbolçusu sarı vərəqə alıb. Hər iki klub 800 manat cərimələnib.

"Qarabağ" – "Səbail" qarşılaşmasında isə birincilərin 4 üzvü sarı vərəqə ilə cəzalandığı üçün ağdamlılar 800 manatlıq cəriməyə məruz qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest