Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Matc.az saytının məlumatına görə, yığıncaqda I divizionun XXV turu çərçivəsində keçirilən oyunlardakı neqativ hallar dəyərləndirilib.

"Neftçi-2" ilə oyunun sonlarında "Zaqatala"nın futbolçusu Sərxan Abdullayev rəqibi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 3 oyunluq cəzalanıb, klub 160 manat cərimə olunub. Stadionda radio məlumat olmadığına görə "Zaqatala" daha 160 manatlıq cəriməyə məruz qalıb.

"Sabah-2" – "Qarabağ-2" matçı ikincilərin üzündən 5 dəqiqə gec başlayıb. Bu səbəbdən "Qarabağ-2" 240 manat cərimələnib.

"Turan Tovuz" – "Səbail-2" qarşılaşmasında isə oyunöncəsi iclasda polis iştirak etmədiyindən, ev sahibləri 80 manat cərimə ödəyəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest