AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında futzal çempionatlarında yaşanmış xoşagəlməz hadisələrə hüquqi qiymət verilib. Matc.az saytı xəbər verir ki, xüsusən də, Birinci Liqada 2 cəza diqqət çəkir.

"Baku Fire" – "Standard" görüşünün 20-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırılan "Baku Fire"nin futzalçısı Saleh Əzizov 4 oyunluq diskvalifikasiyaya məruz qalıb.

"Sovetski" – U-19 qarşılaşmasında isə "Sovetski" komandası iştirak etmədiyindən, 0:5 hesablı texniki məğlubiyyət alıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest