07 May 2019, 15:29
AVROPA LİQASI
Avropa Liqasında yarımfinal mərhələsinin cavab oyunlarının təyinatları müəyyənləşib. Matc.az saytının məlumatına görə, UEFA mayın 9-da keçiriləcək qarşılaşmaları idarə edəcək hakimlərin adlarını açıqlayıb.
"Valensiya" ilə "Arsenal" arasında birincilərin meydanında keçiriləcək görüşdə hollandiyalı Danni Makkelie ədalət təmsilçisi olacaq. "çelsi" - "Ayntraxt" qarşılaşmasında isə rumıniyalı Ovidiu Alin Hateqan fit çalacaq.
Qeyd edək ki, "Arsenal" ilk oyunda 3:1 hesablı qələbə qazanıbsa, digər görüşdə heç-heçə (1:1) qeydə alınıb.