16 yaşadək qızlardan ibarət Azərbaycan yığması Minsk şəhərində təşkil edilən UEFA İnkişaf turnirində ilk oyununu keçirib. Matc.az saytının məlumatına görə, komandamız Farer adalarının müvafiq yaş qrupundan ibarət millisi ilə qarşılaşıb.

Görüşdə yığmamız 2:0 hesabı ilə qələbə qazanıb. Qolları Alina Nəhmədova və Nisrine Zerioul vurub.

U-16 növbəti oyununu mayın 9-da Belarusa qarşı keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest