Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun cəzası müəyyənləşib. "Akademiko Viseu" ilə qarşılaşmada qırmızı vərəqə alan "Eştoril"in forvardına 3 oyunluq cəza kəsilib.

Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun cəzası müəyyənləşib. Matc.az saytının Portuqaliya mətbuatına istinadən məlumatına görə, "Eştoril"in forvardı 3 oyunluq diskvalifikasiya olunub.

Portuqaliya Futbol Federasiyasının İntizam Komitəsi Sequndanın XXXII turunda "Akademiko Viseu" ilə qarşılaşmanın 54-cü dəqiqəsində birbaşa qırmızı vərəqə alan forvarda 3 oyunluq cəza kəsib. Bu isə o deməkdi ki, 20 yaşlı oyunçu üçün mövsüm erkən başa çatıb. çünki Sequndada mövsümün sonuna 2 tur qalıb.

Qeyd edək ki, "Eştoril" - "Akademika Videu" oyunu qonaqların 3:1 hesablı qələbəsi ilə nəticələnib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest