"Başakşəhər"in futbolçusu Edin Viska karyerasını İspaniyada davam etdirə bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Bosniya və Herseqovina millisinin üzvü "Sevilya"nın maraq dairəsinə düşüb.

Əndəlüs klubu 29 yaşlı vinger üçün türklərlə danışığa başlayıb. "Sevilya" bu keçid müqabilində 10 milyon avroluq təklif göndərib. İspanların idman direktoru Monçi bu mövsüm bir çox oyununu tribunadan izlədiyi oyunçunun transferi üçün rəhbərliyə müsbət raport verib.

Müqavilə müddəti gələn ilin yayına qədər olduğundan, "Başakşəhər"in aparıcı futbolçusunun bu məbləğə keçidinə razılıq verməsi gözlənilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest