22 Oktyabr 2018, 11:34
AVROPA LİQASI
Ağayev oktyabrın 25-də A qrupu çərçivəsində baş tutacaq "Sürix" (İsveçrə) - "Bayer " (Almaniya) qarşılaşmasında ədalət təmsilçisi olacaq.
Azərbaycanlı FİFA referisi Əliyar Ağayev növbəti təyinatını alıb. Matç.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, gənc hakim Avropa Liqasının qrup mərhələsində oyun idarə edəcək.
Belə ki, Ağayev oktyabrın 25-də A qrupu çərçivəsində baş tutacaq "Sürix" (İsveçrə) – "Bayer " (Almaniya) qarşılaşmasında ədalət təmsilçisi olacaq. Ona Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcək. Dördüncü hakim funksiyasını Mübariz Haşımov yerinə yetirəcək.
Əlavə köməkçi hakimlər isə Rəhim Həsənov və Orxan Məmmədov olacaq.