22 Oktyabr 2018, 11:41
AVROPA LİQASI
Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" – "Vorskla" matçının hakimləri müəyyənləşib. Matç.az saytının məlumatına görə, UEFA qarşılaşmaya israilli hakimlər briqadasını göndərmək qərarına gəlib.
Görüşdə ədalət təmsilçisi Roi Reinsreyber olacaq. Ona Danni Krasikou və David Elias Bitton kömək edəcək. Dördüncü hakim funksiyasını Amihay Yehoşua Mozes yerinə yetirəcək. Əlavə köməkçi hakimlər Alon Yefet və Daniel Bar Natan olacaq.
Referilərin işinə rusiyalı hakim-inspektor Sergey Zuyev qiymət verəcək. Oyunun UEFA nümayəndəsi isə Kazimierz Oleszek (Polşa) olacaq.
Qeyd edək ki, oktyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" – "Vorskla" görüşü 20:55-də start götürəcək.