29 Noyabr 2024, 22:05
FUTBOL
"Real"ın vingeri Vinisius Junior noyabrda İspaniya La Liqasının ən yaxşı futbolçusu seçilib.
Matc.az xəbər verir ki, bu barədə məlumatı La Liqasının mətbuat xidməti paylaşıb.
Braziliyalı futbolçu bu ay İspaniya çempionatının iki oyununda iştirak edib, üç qol vurub və bir məhsuldar ötürmə edib.
Qeyd edək ki, ümumilikdə Vinisius bu mövsüm bütün turnirlərdə 18 oyun keçirib, 12 qol vurub və 8 məhsuldar ötürmə edib.