16 yaşadək qızlardan ibarət Azərbaycan yığması Minsk şəhərində təşkil olunmuş UEFA İnkişaf turnirində son oyununu keçirib. Matc.az saytının məlumatına görə, millimizin son rəqibi Qazaxıstan yığması olub.

Qazaxlarla qarşılaşmanın əsas vaxtında qapılara qol vurulmayıb.

Penaltilər seriyasında daha dəqiq olan yığmamız 4:2 hesabı ilə qələbə qazanıb və turnirdə ikinci yeri tutub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest