Yaponiya yığmasının sabiq futbolçusu Juniçi İnamoto futbolla vidalaşıb. Matc.az xəbər verir ki, o, 45 yaşında karyerasını bitirmək qərarına gəlib.

Son olaraq ölkəsinin "Nankatsu" klubunda oynayan İnamoto qərarını mətbuat konfransında açıqlayıb.

Qeyd edək ki, karyerası ərzində "Vest Bromviç", "Kardiff", "Ayntraxt" (Frakfurt) və "Renn" klublarında da oynamış İnamoto 2006-2007 mövsümündə "Qalatasaray"ın formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest