12 May 2019, 20:43
FUTBOL
Yeni mövsümdə Türkiyə Super Liqasında mübarizə aparacaq iki klubun adına aydınlıq gəlib. Matc.az saytının məlumatına görə, PTT birinci liqada sona bir tur qalmış ilk iki pillənin sahibləri – "Gənclərbirliyi" və "Dənizlispor" vaxtından əvvəl Super Liqaya vəsiqəni təmin ediblər.
Onlar uyğun olaraq 70 və 69 xal toplayaraq ən yaxın izləyiciləri "Hatayspor"u 6, "Dənizlispor"u isə 5 xal qabaqlayıblar.
"Gənclərbirliyi" 1, "Dənizlispor" isə 9 illik fasilədən sonra yenidən elitada mübarizə aparacaqlar.
Qeyd edək ki, bir zamanlar milli komandamızın şərəfini qorumuş Dəniz Yılmaz "Gənclərbirliyi"nin şərəfini qoruyur.