İtaliya A seriyasının XXXVI turunda "Roma"nın qonağı olan çempion "Yuventus" meydanı məğlub tərk edib - 0:2. Matc.az saytı xəbər verir ki, "qoca sinyora" ölkə çempionatında ilk dəfə Kriştianu Ronaldonun iştirak etdiyi oyunda uduzub.

Turin təmsilçisi buna qədər yalnız "Cenoa" və "Spal"a yenilmişdi ki, portuqaliyalı superulduz həmin görüşlərin iştirak ərizəsində olmayıb.

Qeyd edək ki, Kriştianu Ronaldo bu mövsüm A seriyasında 21 qol, 8 assistlə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest