AFFA və UEFA-nın təşkilatçılığı ilə "Fairmont" otelində "Futbol və Biznes" sammiti təşkil olunacaq. Matc.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, tədbir mayın 15-də olacaq.

Sammitdə xarici və yerli mütəxəssislərin iştirakı ilə futbolun makroiqtisadi təsiri, futbol və biznes münasibətləri mövzusunda fikir mübadiləsi aparılacaq.

Tədbirdə həmçinin vergi qanunvericiliyindəki müvafiq dəyişiklik müzakirə ediləcək. Sammit saat 10:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest