Gənclər arasında təşkil olunan Almaniya Bundesliqasının cənub zonasında mövsümə yekun vurulub. Matc.az xəbər verir ki, Azərbaycanın U-21 yığmasının üzvü Murad Mahmudovun formasını geyindiyi "Frankfurt" da sonuncu oyununa çıxıb.

Sözügedən kollektiv XXVI tur çərçivəsində doğma meydanda "Karlsrue" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:1. Murad da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana daxil olub və sonadək mübarizə aparıb. Komandasının ilk qolunu 65-ci dəqiqədə məhz Mahmudov vurub.

Frankfurt təmsilçisi mövsümü 12 xalla 14 kollektiv arasında sonuncu pillədə başa vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest