"Beşiktaş"da prezident seçkisi zamanı Fikrət Ormana uduzan Hürser Tekinoktay şok iddia ilə çıxış edib. O, seçki zamanı saxtakarlığa yol verildiyini söyləyib. Tekinoktay bununla bağlı məhkəməyə müraciət edəcək.

"Beşiktaş"da prezident seçkisi zamanı Fikrət Ormana uduzan Hürser Tekinoktay şok iddia ilə çıxış edib. Matc.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, o, seçki zamanı saxtakarlığa yol verildiyini söyləyib.

Tekinoktay bununla bağlı məhkəməyə müraciət edəcək. Maraqlıdı ki, iş adamı tələbi təmin edilsə belə, yenidən namizədliyini irəli sürməyəcəyini söyləyib: "Seçkinin nəticəsinin ləğvi üçün məhkəməyə gedəcəm. 5268 nəfər saxta və qanunsuz şəkildə kluba üzv olub və seçkilərdə iştirak edib. "Beşiktaş"ın prezidentini həqiqi "Beşiktaş"lılar seçməlidi. Seçkinin nəticəsi ləğv olunsa da, yenidən namizəd olmayacam".

Qeyd edək ki, dünən keçirilən səsvermə zamanı Fikrət Orman 5-ci dəfə "Beşiktaş"ın prezidenti seçilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest