Türkiyənin "Qalatasaray" klubunun heyətində ciddi itki baş verib. İstanbul təmsilçisinin yarımmüdafiəçisi Qabriel Sara sıradan çıxıb.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Braziliyalı futbolçu Türkiyə Kuboku qrup mərhələsinin 1-ci turunun "Başakşehir"lə matçında (2:2) dizindən zədə alıb. 25 yaşlı orta xətt oyunçusunun yaşıl meydanlara nə vaxt qayıda biləcəyi ilə bağlı məlumat verilməyib.

Qeyd edək ki, "Qalatasaray" Qabriel Saranı mövsümün əvvəlində İngiltərənin "Norviç" klubundan transfer edib. "Sambaçı" "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 25 rəsmi matçda 2 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest