15 May 2019, 01:32
FUTBOL
Başa çatmış İngiltərə Premyer Liqasında mövsümün ən yaxşı baş məşqçisinin adına aydınlıq gəlib. Matc.az saytının məlumatına görə, ən yaxşı çalışdırıcı adına Xosep Qvardiola layiq görülüb.
"Mançester Siti"ni çempion edən ispaniyalı çalışdırıcı Premyer Liqanın rəsmi saytında baş tutan səs vermədə Nunu Eşpiritu Santu ("Vulverhempton"), Yürgen Klopp ("Liverpul"), Maurisio Poçettino ("Tottenhem") ilə qiyabi mübarizədən qalib ayrılıb.
Qeyd edək ki, Qvaridola 2017/18 mövsümündə də ən yaxşı olmuşdu. O, bununla Aleks Ferqyusson və Joze Mourinyonun göstəricisini təkrarlayıb.