15 May 2019, 01:58
FUTBOL
İtaliya A seriyası klublarından "Cenoa" satışa çıxarılıb. Matc.az saytının məlumatına görə, klub prezidenti Enriko Presiozi bu barədə rəsmi açıqlama verib.
Bildirilib ki, satışla maliyyə firması məşğul olacaq.
Başa çatmaqda olan A seriyasının cari mövsümündə "Cenoa" hazırda 17-ci pillədə qərarlaşıb. Onu düşmə zonasından sadəcə 1 xal ayırıb.
Qeyd edək ki, Presiozi 2003-cü ildən "Cenoa"nın sahibidir.