Hollandiya çempionatında 2018/19 mövsümünün əsas mərhələsi başa çatıb. Matc.az saytının məlumatına görə, Erediviziyanın qalibi müəyyənləşib.

XXXIV tur öncəsi ən yaxın izləyicisi PSV-ni üç xal qabaqlayan "Ayaks" son matçda "Qraafşap"ı səfərdə böyük hesabla məğlub edib - 4:1. PSV isə "Herakles"ə öz meydanında 3:1 hesabı ilə qalib gəlib.

Beləliklə, "Ayaks" tarixində 34-cü dəfə Hollandiya çempionu olub. Amsterdam təmsilçisi 2013-14 mövsümündən sonra ilk qızıl medalını qazanıb. PSV gümüş, "Feyenoord" isə bürünc mükafatçı olub.

çempionatın pley-off mərhələsinin oyunlarında Erediviziyaya vəsiqə qazanacaq və elitanı tərk edəcək klublar bilinəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest