AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker Misli Premyer Liqasının XX turunda keçirilən “Qarabağ” – “Turan Tovuz” oyununda baş verən mübahisəli epizodla bağlı fikirlərini bildirib. Matc.az xəbər verir ki, belçikalı mütəxəssis 90-cı dəqiqədə “Turan Tovuz”un vurduğu qol epizodunu şərh edib.

De Bleker referinin qərarını dəstəkləyib: “Turan Tovuz”un futbolçusu künc zərbəsindən topu qapı qarşısına ötürür. “Qarabağ”ın qapıçısı (Şahrudin Məhəmmədəliyev) topa çıxır və yumruğu ilə onu uzaqlaşdırır. Top “Turan Tovuz”un 40 nömrəli oyunçusunun (Kauan Martins) önünə düşür və o, qol vurur. VAR-da görüntülər izlənildikdən sonra qapıçının tarazlığını pozan heç bir qayda pozuntusu (qapıçı ilə mübarizə/kontakt) olmadığı görünür. Qol qaydalar çərçivəsində vurulduğu üçünv hesaba alınır”.

Qeyd edək ki, “Turan Tovuz” səfərdə “Qarabağ” üzərində 2:1 hesablı qələbə qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest