Paulo Dibala mövsümün sonunda "Yuventus"dan ayrılacaq. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, bunu argentinalı ulduz futbolçunun qardaşı Qustavo deyib.

O bildirib ki, yay fasiləsində "qoca sinyora"nı bir neçə oyunçu tərk edəcək: "Paulo, çox güman ki, "Yuventus"u tərk edəcək. Dəyişikliyə ehtiyacı var. Karyerasını harda davam etdirəcəyini bilmirəm, amma bu komandadan gedəcək. "Yuventus"da xoşbəxt deyil, bir çoxları kimi, o da narahatdı. Yayda Turin klubunu tərk edəcək tək oyunçu Paulo olmayacaq".

Qeyd edək ki, Paulo Dibala "Yuventus"a 2015-ci ildə 40 milyon avro müqabilində "Palermo"dan keçib. Onun turinlilərlə müqavilə müddəti 2022-ci ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest