"Qarabağ"la yollarını ayıran Yakub Jezniçak karyerasını bitirə bilər. Bunu futbolçu özü söyləyib. 32 yaşlı müdafiəçi tvitter hesabı vasitəsilə dostu ilə mərcə girdiyini bildirib.

"Qarabağ"la yollarını ayıran Yakub Jezniçak karyerasını bitirə bilər. Matc.az saytının məlumatına görə, bunu futbolçu özü söyləyib.

32 yaşlı müdafiəçi tvitter hesabı vasitəsilə dostu ilə mərcə girdiyini bildirib: "Dostuma dedim ki, "Pyast" çempion olsa, karyeramı bitirərəm. Bəlkə də, vaxtıdı". Onun bu paylaşımı futboldan gedəcəyinə dair işarə kimi dəyərləndirilib.

Qeyd edək ki, Polşa çempionatında son tur öncəsi "Pyast" 69 xalla turnir cədvəlinə başçılıq edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest