16 May 2019, 17:01
FUTBOL
"Brand Finance" agentliyi futbol klublarının yeni brend reytinqini açıqlayıb. Matc.az saytı xəbər verir ki, araşdırmaya əsasən, "Real" ən bahalı brenddi.
"Kral klubu"nun dəyəri 1 milyard 646 milyon avrodu. İspaniya nəhəngi ötən mövsümlə müqayisədə "Mançester Yunayted"i geridə qoyaraq, zirvəyə yüksəlib. "Qırmızı şeytanlar" ikinci sıradadısa, ilk "3-lüy"ü "Barselona" qapayır.
Ən bahalı futbol brendləri
1. "Real" - 1,646 milyard avro
2. "Mançester Yunayted" - 1,472 milyard
3. "Barselona" - 1,393 milyard
4. "Bavariya" - 1,314 milyard
5. "Mançester Siti" - 1,255 milyard
6. "Liverpul" - 1,191 milyard
7. "çelsi" - 968 milyon
8. PSJ - 914 milyon
9. "Arsenal" - 885 milyon
10. "Tottenhem" - 758 milyon