03 Fevral 2025, 17:19
FUTBOL
"Bodrum" klubunda ayrılıq baş verib. Matc.az xəbər verir ki, Superliqa təmsilçisi ötən ilin noyabrından baş məşqçi funksiyasını yerinə yetirən Volkan Dəmirəllə əməkdaşlığa vaxtından əvvəl son qoyub.
Bu barədə “Bodrum”un mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, 43 yaşlı çalışdırıcının sözləşməsinə qarşılıqlı şəkildə xitam verilib.
Qeyd edək ki, “Bodrum” V.Dəmirəlin rəhbərliyi altında 11 oyun keçirib. Komanda bu görüşlərdə cəmi 1 qələbə qazanıb, 7 məğlubiyyət və 3 heç-heçə ilə üzləşib.