"Barselona" ciddi itki ilə üzləşib. Matc.az saytının məlumatına görə, katalonlar bir müddət Mark-Andre Ter Ştegenin xidmətindən məhrum olacaqlar.

Almaniyalı qapıçı dizindən zədələnib. Bu barədə klub özü tviter səhifəsindən açıqlama verib.

Məşqlərdən kənarda qalan qolkiperin nə vaxt sıraya dönəcəyi haqqında dəqiq məlumat yoxdur.

Qeyd edək ki, bu mövsüm ümumilikdə 49 oyunda meydana çıxan Ter Ştegen qapısından 43 top buraxıb

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest