Avropa Liqsının Bakıda keçiriləcək final oyunu ilə bağlı müzakirələrə Sergey Semak da qoşulub. Matc.az saytının məlumatına görə, "Zenit"in baş məşqçisi paytaxtımız haqqında xoş sözlər səsləndirib.
O, ingilis azarkeşlərin Bakıda çox əylənəcəklərinə ümidvar olduğunu bildirib: "Bakı çox gözəl, qədim şəhərdi. Avropa Liqası finalının bu şəhərdə keçirilməsini tam dəstəkləyirəm. Uzaqlığa gəlincə isə, düşünürəm ki, ildə bir dəfə belə səyahətlər çətin olmaz. Əminəm ki, azarkeşlər bu oyundan çox zövq alacaqlar".
Semak bu cür tədbirlərin başqa şəhərlərdə keçirildiyini də vurğulayıb: "Moskva və Kiyevdə də finallar oynanılıb. Bu, yeni məkanları tanımaq üçün imkanlar yaradır. Rusiyadakı dünya çempionatından əvvəl də belə söhbətlər olurdu, amma hər şey əla keçdi".
Qeyd edək ki, Avropa Liqasının final oyunu mayın 29-da Bakıda keçiriləcək.