16 May 2019, 22:31
FUTBOL
"Real" heyətinə yeni oyunçu cəlb etməyə hazırlaşır. Matc.az saytının məlumatına görə, madridlilər "Ayntraxt"ın serb forvardı Luka Yoviçə elçi düşüb.
"Sky Sports" xəbər yayıb ki, artıq klublar arasında hərtərəfli razılıq əldə edilib.
"Real" 21 yaşlı futbolçu üçün qarşı tərəfə 60 milyon avro ödəmək fikrindədi. Yoviçlə isə 5 illik müqavilə imzalanacaq. Futbolçu illik 10 milyon qazanacaq.
Qeyd edək ki, geridə qalan mövsüm "Ayntraxt"ın heyətində 47 oyuna çıxan Yoviç 27 qol vurub.