17 May 2019, 00:02
FUTBOL
çempionlar Liqasında yarımfinal mərhələsinə yüksələn, Hollandiyada isə çempion olan "Ayaks"ın geridə qalan mövsümdə ən yaxşı oyunçusunun adı açıqlanıb. Matc.az saytının məlumatına görə, mərakeşli oyunçu Hakim Ziyeç bütün komanda yoldaşlarını qabaqlayaraq, mükafata sahib çıxıb.
Cari mövsüm Hollandiya çempionatında 29 qarşılaşmada forma geyinmiş Ziyeç 16 qol və 21 məhsuldar ötürmə ilə yadda qalıb.
Yarımmüdafiəçinin çempionlar Liqası saldosu da kifayət qədər müsbətdir. O, qitənin ən nüfuzlu klub turnirində 17 matçda oynayıb, 5 qol və 4 ötürmə ilə fərqlənib.
Qeyd edək ki, Ziyeç 2016-cı ildən "Ayaks"ın şərəfini qoruyur.