17 May 2019, 00:52
FUTBOL
Klaudio Ranyerinin gedişindən sonra "Roma"nın baş məşqçisinin kim olacağı bəlli olub. Matc.az saytının "Football İtalia"ya istinadən məlumatına görə, vakant posta Can Pyero Qasperini gətiriləcək.
Bildirilib ki, artıq 61 yaşlı mütəxəssis "canavarlar"la işləməyə razılıq verib. Tərəflər arasında 3 illik müqavilə imzalanacaq. Mütəxəssisin əmək haqqı isə illik 2.5 milyon avro olacaq.
Qeyd edək ki, bu mövsüm İtaliya A seriyasında sona 2 tur qalmış Qasperininin başçılıq etdiyi "Atalanta" 65 xalla 4-cü pillədə qərarlaşıb.