17 May 2019, 09:47
FUTBOL
"Ayaks"ın yarımmüdafiəçisi Donni van de Bek komandada qala bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Amsterdam təmsilçisi onu satmaq fikrindən uzaqdı.
Bu səbəbdən Hollandiya çempionu 22 yaşlı hücumameyilli oyunçuya yeni müqavilə təklif edib. Hazırda onun xidmətində maraqlı olan klublar "Bavariya", Dortmund "Borussiya"sı, "Tottenhem", "Real" və "Barselona"dı. Hollandların idman direktoru Mark Overmars da aparıcı oyunçunu komandada saxlamaq istədiklərini bildirib.
Qeyd edək ki, "Ayaks" geridə qalan Hollandiya çempionatını zirvədə tamamlayıb, çempionlar Liqasında yarımfinala qədər irəliləyib.