"Qarabağ"ın sabiq qapıçısı İbrahim Şehiç klubunu dəyişməyə hazırlaşır. Bosniya və Herseqovina yığmasının çərçivə qoruyucusu "Ərzurumspor"u tərk edəcək. Belə ki, Şehiçin karyerasını "Trabzonspor"da davam etdirməsi gözlənilir.
"Qarabağ"ın sabiq qapıçısı İbrahim Şehiç klubunu dəyişməyə hazırlaşır. Matc.az saytının Bosniya və Herseqovina mətbuatına istinadən məlumatına görə, bu ölkə yığmasının çərçivə qoruyucusu "Ərzurumspor"u tərk edəcək.
Belə ki, Şehiçin karyerasını "Trabzonspor"da davam etdirməsi gözlənilir. Ərzurum klubu ilə uğursuz mövsüm keçirən 31 yaşlı qolkiperin komandası sona 2 tur qalmış Superliqanı tərk etmək təhlükəsi ilə üzləşib.
Xəbərdə bildirilir ki, trabzonlular bu keçidlə bağlı qarşı tərəflə danışıqları yekunlaşdırmaq üzrədi. İlkin anlaşmaya görə, Şehiçin transferi ərzurumlulara 2 milyon avro qazandıracaq.
Qeyd edək ki, "Ərzurumspor"a ötən ilin yayında "Qarabağ"dan keçən İbrahim Şehiçin Superliqa təmsilçisi ilə müqavilə müddəti gələn ilin yayına qədərdi.