İspaniya La Liqasında baş məşqçi istefası reallaşıb. Matc.az xəbər verir ki, “Valyadolid” klubu çalışdırıcısı Dieqo Kokka ilə yollarını ayırıb.

Buna səbəb komandanın uğursuz çıxış etməsidi. “Valyadolid” son 8 görüşün 7-də məğlubiyyətlə üzləşib. Komanda son olaraq öz meydanında “Sevilya”ya 0:4 hesabı ilə uduzub. Uğursuz nəticələr Kokkanın qovulmasına səbəb olub.

Qeyd edək ki, argentinalı mütəxəssis 2023-cü ildən bəri “Valyadolid”i çalışdırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest