Avropa Liqasının qrup mərhələsinin III turu çərçivəsində baş tutacaq "Qarabağ" -"Vorskla" (Ukrayna) qarşılaşmasından öncə keçiriləcək mətbuat konfransları və oyunöncəsi son məşqlərin vaxtı bəlli olub. Matç.az saytı xəbər verir ki, Azərbaycan çempionunun baş məşqçisi Qurban Qurbanov oktyabrın 24-də Bakı Olimpiya Stadionun mətbuat konfransı keçirəcək.

46 yaşlı mütəxəssis saat 14:00-da media mənsublarının önünə çıxacaq. "Qarabağ"ın son məşqi isə saat 19:15-də oyunun baş tutacağı Bakı Olimpiya Stadionunda baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.

Ukrayna təmsilçisinin baş məşqçisi saat 17:30-da Bakı Olimpiya Stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. Ukrayna təmsilçisinin oyunöncəsi son məşqi isə saat 18:00-da qarşılaşmanın keçiriləcəyi stadionda baş tutacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest