“Çelsi” 2 futbolçu transfer edib. Matc.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano sosial şəbəkə hesabında paylaşım edib.

London klubu “Sportinq”in yarımmüdafiəçisi Geovani Kenda və müdafiəçisi Dario Essuqanı heyətinə cəlb edib. Essuqa hazırda icarə əsasında “Las Palmas”da çıxış edir. Hər iki futbolçu mövsümün sonunda “zadəganlar”a qoşulacaq.

Bu iki transfer “Çelsi”yə ümumilikdə 74 milyon avroya başa gəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest