22 Aprel 2025, 20:29
FUTBOL
"Mançester Siti" "Tottenhem"in 25 yaşlı sağ cinah müdafiəçisi Pedro Porro ilə maraqlanır.
Matc.az xəbər verir ki, bu barədə "TBR Football" məlumat yayıb.
Bildirilir ki, London klubu ispan futbolçu üçün 50 milyon funt sterlinq (58,5 milyon avro) təklif edilərsə, onu satmaq variantını nəzərdən keçirməyə hazırdır. Mançester təmsilçisində Porronu 34 yaşlı Kayl Uokerin əvəzləyicisi kimi görürlər.
Qeyd edək ki, Porro 2019-2022-ci illərdə "Mançester Siti"nin futbolçusu olub. Bu mövsüm müdafiəçi bütün turnirlərdə 46 matçda iştirak edib, 3 qol vurub və 8 məhsuldar ötürmə edib. 25 yaşlı müdafiəçinin klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun dəyəri 45 milyon avrodur.