4 il öncə Avropa Liqasının qrupunda "Qarabağ" "Dnepr"ə rəqib olub. İndiki kimi 2014/15 mövsümündə də iki ölkə təmsilçiləri 3-cü və 4-cü turlarda qarşılaşıb. Hər iki görüşdə qonaq komanda qələbə qazanıb. "Qarabağ" səfərdə 1:0 hesablı qələbə qazansa da, ardınca evdə 1:2 hesabıyla uduzub.

Avropa Liqasının qrup mərhələsinin III turunun "Qarabağ" – "Vorskla" oyunu Azərbaycan və Ukrayna klublarının qitə miqyaslı turnirlərdə 5-ci dueli olacaq. Matç.az saytı xəbər verir ki, iki ölkə təmsilçiləri indiyədək 4 dəfə üz-üzə gəlib.

1999/2000 mövsümündə UEFA kubokunun təsnifat mərhələsində "Şəmkir"in yolları "Krivbass"la kəsişib. Ukrayna təmsilçisi hər iki matçda qələbə qazanıb.

Krivoy-Roq klubu öz meydanında 3:0, səfərdə isə 2:0 hesabı ilə qalib gəlib.

4 il öncə Avropa Liqasının qrupunda "Qarabağ" "Dnepr"ə rəqib olub. İndiki kimi 2014/15 mövsümündə də iki ölkə təmsilçiləri 3-cü və 4-cü turlarda qarşılaşıb.

Hər iki görüşdə qonaq komanda qələbə qazanıb. "Qarabağ" səfərdə 1:0 hesablı qələbə qazansa da, ardınca evdə 1:2 hesabıyla uduzub.

ümumilikdə 4 qarşılaşmada ukraynalılar üç, təmsilçilərimiz 1 dəfə qalib gəlib. Top fərqində də komandalarımız geridədi – 2:7.

Təmsilçilərimizin qollarına "Qarabağ"ın sabiq oyunçuları imza atıb. Muarem Muarem səfərdə, Leroy Corc evdə fərqlənib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest