12 İyun 2025, 13:51
FUTBOL
"Atletik"in futbolçusu Niko Uilyams Almaniyada çıxış edə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.
"Bavariya" ispaniyalı vingeri transfer etmək istəyir. Niko Münhen klubuna keçməyə razıdır. 22 yaşlı oyunçu illik 20 milyon avro maaş tələb edir.
"Bavariya" İspaniya millisinin üzvü üçün onun klubuna 65 milyon avroluq sərbəstqalma məbləğini ödəməyə hazırdır.
Qeyd edək ki, Niko Uilyams ötən mövsüm "Atletik"in heyətində keçirdiyi 45 oyunda 11 qol vurub, 7 qol ötürməsi edib.