26 İyul 2026, 19:50
FUTBOL
"Şamaxı" klubu növbəti yoxlama oyununda Qətər təmsilçisi "Əl-Xaraytiyat" ilə qarşılaşıb.
"Şamaxı" klubu növbəti yoxlama oyununda Qətər təmsilçisi "Əl-Xaraytiyat" ilə qarşılaşıb.
Matc.az xəbər verir ki, yeni mövsümün hazırlıq prosesini davam etdirən komandaların yoxlama görüşü bu gün baş tutub.
Qarşılaşma Qəbələ şəhər stadionunda keçirilib. Şamaxı təmsilçisi rəqibini 3 cavabsız qolla məğlub edib.
Matçda Uğur Cahangirov, Emin Rüstəmov və Edqar Adilxanov fərqlənməklə komandalarına inamlı qələbə qazandırıblar.













