20 İyun 2025, 14:48
FUTBOL
"Bayer"in futbolçusu Florian Virtsin "Liverpul"a transferi yekunlaşmaq üzrədir.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Almaniyalı hücumameyilli yarımmüdafiəçi artıq tibbi müayinədən keçib. 22 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanacaq.
Qeyd edək ki, Florian Virts ötən mövsüm "Bayer"in heyətində keçirdiyi 45 oyunda 16 qol vurub, 15 qol ötürməsi edib.