13 Aprel 2026, 20:57
FUTBOL
"İnter" yeni mövsüm üçün müdafiə xəttini gücləndirməyi planlaşdırır.
Matc.az xəbər verir ki, Milan təmsilçisinin əsas hədəfi "Sassuolo"da çıxış edən Tarik Muharemoviçdir. Bu barədə insayder Nikolo Skira məlumat yayıb.
"İnter" Bosniya və Herseqovina millisinin üzvünü yayda transfer etməyə çalışacaq. Klubu 23 yaşlı mərkəz müdafiəçisi üçün 30 milyon avro tələb edir.
Qeyd edək ki, Tarik Muharremoviç bu mövsüm "Sassuolo"nun heyətində keçirdiyi 28 oyunda 2 qol vurub, 2 qol ötürməsi edib.












