"Nyukasl"ın futbolçusu Entoni Qordon karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.

"Bavariya" ingiltərəli vingeri transfer etmək istəyir. Münhen təmsilçisi artıq Qordonla ilkin danışıqlara başlayıb. Bundesliqa nəhəngi yaxın vaxtlarda 25 yaşlı futbolçunun klubuna təklif göndərməyi planlaşdırır.

Qeyd edək ki, Entoni Qordon bu mövsüm "Nyukasl"ın heyətində bütün turnirlərdə keçirdiyi 46 oyunda 17 qol vurub, 5 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest