"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola yeni mövsüm başlamazdan əvvəl heyətdə ixtisarlar etməyi planlaşdırdığını bildirib.

Matc.az xəbər verir ki, Qvariola bəzi futbolçuların gedəcəyini deyib.

"İndiki oyunçuları mövsümün sonuna kimi saxlamaqdan məmnun olardım. Futbolçulardan, onların davranış tərzindən şikayətim yoxdur. Ehtiyatda altı və ya yeddi oyunçu olmasına ehtiyacım yoxdur.

Problem ondadır ki, onlar mövsüm ərzində kədərlənəcəklər, məyus olacaqlar. Mən bunu istəmirəm.

İndi bizim həddindən çox böyük heyətimiz var. Oyunçu çoxdur, ona görə də bu mövsüm 26 və ya 27 oyunçuya arxalana bilmərik, bəziləri gedəcək".

Qeyd edək ki, Qvardiola mövsümün sonunda şişirdilmiş heyətlə işləmək məcburiyyətində qalacağı təqdirdə komandadan ayrılacağını bildirmişdi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest